Almaniya

Bundesliqada istefa

Almaniyan “Volfsburq”u baş məşqçi Niko Kovaçla əməkdaşlığa son verdiyini açıqlayıb.

Aut.az xəbər verir ki, xorvatiyalının qovulmasına səbəb komandanın zəif nəticələri olub.

Bir gün əvvəl “Volfsburq” “Auqsburq”a məğlub oldu. İndi “qurdlar”ı düşmə zonasından cəmi 6 xal ayırır. “Volfsburq” ardıcıl 11 oyundur ki, Bundesliqada qalib gəlmir.

Media 2022-ci ilin yayından komanda ilə işləyən Kovaça potensial əvəzedicilər kimi bir neçə ad çəkir – Ralf Hasenhüttl, Matthias Jassle və Bo Svensson.

Aut.az