Azərbaycan futbolu

Lunyev Almaniyada nəyi xoşlamırmış? – Ana-ata gəlir, müəllim deyir…

“Bayer”in sabiq, “Qarabağ”ın hazırkı qapıçısı Andrey Lunyev Almaniyada yaşayarkən xoşlamadığı adətlərdən danışıb.

Aut.az xəbər verir ki, Lunyev bu barədə Sergey Tırtışnının YouTube kanalına müsahibəsində deyib.

“Almaniyada nəyi bəyənmədim? Sərt LGBT təbliğatını. Bütün bunlar məktəbdən, bağçadan onlarda var. Mənim xoşuma gəlmir. Müxtəlif rusdilli insanlarla görüşdük, dedilər ki, onların bağçalarında, məktəblərində birinci siniflərdə cinsi tərbiyə dərsləri keçirilir.

Qaydalar var, sizə bir misal deyim. Bağçada oğlan qızı vurub. Ana-ata gəlir, müəllim deyir: “Oğlunuz dava edib, bu qızı vurub”. Və ata uşağı danlamağa başlayır: “Nə edirsən? Qızları vurmaq olmaz”. Müəllim isə ona cavab verir: “Uşağa nə öyrədirsən? Bütün uşaqlarımız bərabərdir. Oğlanla qızı niyə ayırırsan?”

Bu mənim üçün qəribə bir şeydir. Valideynlərimin mənə verdiyi tərbiyə, aldığımız təhsil sistemi, o cümlədən uşaq bağçası, orada başqa dəyərlər var idi. Mənim üçün bunlar oyundur. Gender bölgüsü var. Qadını kimisə incidə bilərmi? Onlarda hər şey edə bilərlər”, – Lunyev bildirib.

Aut.az