Xviçanın “Napoli”dəki gələcəyi bəlli oldu
“Napoli” yarımmüdafiəçisi Xviça Kvaratsxeliya ilə müqaviləni uzatmaq istəyir.
Aut.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Mənbənin məlumatına görə, İtaliya klubu gürcüyə 2029-cu ilin yayına qədər yeni müqavilə təklif etməyə hazırdır. Hazırkı müqavilə 2027-ci ilin iyununda başa çatır.
Kvaratsxeliyanın maaşı da artırılacaq: 4 milyon avro + 1 milyona qədər bonus.
Kvaratsxeliya 2022-ci ilin yayından “Napoli”də çıxış edir. Bu mövsüm cinah oyunçusu partenopiyalıların heyətində bütün turnirlərdə 37 oyun keçirib, 10 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun İtaliya klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 80 milyon avrodur.
Aut.az
