A Seriyasında istefa
“Latsio” Marko Baroninin baş məşqçi postundan qovulduğunu açıqlayıb.
Aut.az xəbər verir ki, bu barədə Roma klubunun mətbuat xidməti məlumat yayıb.
“Qartallar” mütəxəssisə fədakarlığına və peşəkarlığına görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb. Baroni 2024-cü ilin yayında “Latsio”nu qəbul edib və o vaxtdan bəri komanda bütün yarışlarda 52 oyun keçirib: 27 qələbə, 12 məğlubiyyət və 13 heç-heçə.
Klub cari A Seriya mövsümündə avrokuboklara vəsiqə qazana bilməyib və çempionatı yeddinci yerdə başa vurub.
Çempionatın son üç turunda komanda cəmi 2 xal toplayıb.
Aut.az
