İtaliya

Berluskoni yoxdur: “Montsa” sahibini dəyişir

A Seriyasında çıxış edən “Montsa” tezliklə sahibini dəyişəcək.

Aut.az xəbər verir ki, İtaliyanın “Orienta Capital Partners” holdinqi klubun səhmlərinin 60%-ni alacaq və səhmlərin nəzarət paketinin sahibi olacaq.

2018-ci ilin sentyabrından “Montsa” Silvi Berluskoninin yaratdığı və əvvəllər rəhbərlik etdiyi “Fininvest”ə məxsusdur. O, ötən ilin iyununda vəfat edib.

Adriano Qalliani “Montsa”nın baş direktoru olaraq qalır. “Fininvest” klubda azlıq payını saxlamağı planlaşdırır.

“Montsa” hazırda A Seriyasının turnir cədvəlində onuncu yerdədir.

Aut.az