Digər

O gecə hər biri bu qədər mükafat alıb

UFC 299 turnirinin nəticələrinə görə pul mükafatlarının məbləği bəlli olub.

Amerikalı Dastin Puare ilə fransalı Benua Sen-Deni arasında keçirilən tədbirin əsas döyüşü gecənin ən yaxşı döyüşü kimi tanınıb. Döyüş Puarenin ikinci raundda nokautla qalib gəlməsi ilə başa çatıb. Rəqiblərin hər biri 50 min dollar alıb.

Yekdil qərarla əsas yarışda ekvadorlu Marlon Veranı məğlub edən Şon O’Malli, Robelis Despanier, Mişel Pereyra, Cek Della Maddalena və Körtis Bleydes də 50 min dollarlıq performans mükafatı alıblar.

Aut.az