Türkiyə

Renat Dadaşov oynadı?

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” Super Liqada növbəti oyuna çıxıb.

Aut.az xəbər verir ki, sözügedən komanda səfərdə “Kayserispor”la qarşılaşıb. Görüş qollu bərabərliklə başa çatıb – 1:1.

Renat bu oyunda 66-cı dəqiqədə meydana daxil olub və fərqlənə bilməyib.

“Hatayspor” 29 turdan sonra 30 xalla 16-cı sıradadır. “Kayserispor” isə 36 xalla 13-cüdür.