Azərbaycan Türkiyəni məğlub etdi
Bakıda çövkən üzrə dünya çempionatına start verilib.
Aut.az xəbər verir ki, günün ilk oyununda Azərbaycan Türkiyə ilə qarşılaşıb.
Matç milli komandanın 7:1 hesablı qələbəsi ilə başa çatıb.
Günün digər qarşılaşmalarında Mərakeş Qazaxıstanı (3:1), Özbəkistan isə Polşanı (4:3) məğlub edib.
Azərbaycan millisi sabah Qazaxıstanla qarşılaşacaq.
