İngiltərə

Premyer Liqada çempion olmaq üçün bu qədər xal toplamaq lazımdır

“Arsenal”ın baş məşqçisi Mikel Arteta hesab edir ki, Premyer Liqada çempion olmaq üçün komandanın 90-dan çox xal toplaması lazımdır.

“Mənə hər zaman bu sual verilir, amma həmişə təxmin edə bilmirəm. Düzünü desəm, xalların dəqiq sayını demək mənim üçün çətindir. Qələbə qazanmalıyıq və bu belədir.

Biz çox çətin bir təqvimi nəzərə almalıyıq, hər kəs üçün keçən mövsümdən daha çətin. Dəlisov təqvim. Düşünürəm ki, hər kəs üçün 90-dan çox xal toplamaq çətin olacaq”, – Arteta bildirib.

“Arsenal”ın hazırda 58 xalı var. Londonlular çempionatın sonuna qədər maksimum nəticə göstərsələr, 94 xal toplayacaqlar.

Aut.az