Mançester meri: Tarixin ən yaxşı ispan ixracı odur
İngiltərənin Mançester şəhərinin meri Endi Börnem “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola haqda danışıb.
Aut.az xəbər verir ki, mer Pepe ən yaxşı ispan ixracı adlandırıb.
“Bütün zamanların ən yaxşı ispan ixracatı Pep Qvardioladı . Mançester də öz növbəsində Avropanın əsas futbol şəhəridir, çünki iki klub Çempionlar Liqasının qalibi olub”, – “Mundo Deportivo” Börnemdən sitat gətirib.
Xatırladaq ki, ispaniyalı mütəxəssis 2016-cı ilin yayından “şəhərlilər”ə rəhbərlik edir.
Qvardiolanın rəhbərliyi altında “Mançester Siti” tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
Aut.az
