İngiltərə

14 yaşı olanda məşqçi onu spirtli içki və siqaretlə tutub

“Everton”un və “Mançester Yunayted”in keçmiş hücumçusu Ueyn Runi etiraf edib ki, yeniyetməlik illərində spirtli içkini və siqareti çox sevirmiş.

Aut.az xəbər verir ki, Runi bu barədə “The Overlap” YouTube kanalında “Stick to Footbal” verilişində deyib. Futbolçunun dediyinə görə, bir gün “Everton”un gənclər komandasının məşqçisi onu bir şüşə sidr və bir qutu siqaretlə tutub.

“Mənim harada böyüdüyümü bilirsiniz (Runi yanında oturan Ceymi Karragerə müraciət edir). Yaşamaq üçün asan yer deyildi, amma orada böyümək mənə çox xoş idi və mənə çox şey öyrətdi.

Yadımdadır, 14 yaşım olanda yolu keçirdim, deyəsən, cümə axşamı idi və şənbə günü Kolin Harvinin baş məşqçi olduğu “Everton”un U19 komandasında oynayırdım. Odur ki, əlimdə bir paket sidr və bir qutu siqaret tutaraq yolu keçirəm. Bu zaman yanımda bir maşın dayandı və sükan arxasında Kolin Harvey oturmuşdu.

Tərk edilmiş boş evə gedirdik, pəncərələri sındırır, oturub içirdik. Geriyə baxanda düşünürəm ki, mənim hər cür problemim olub. Məlum oldu ki, mən çox içmişəm və bu, açıq-aydın öz təsirini göstərib”, – Runi deyib.

Aut.az