Mask Makqreqorun prezident olmaq istəyinə belə reaksiya verdi – FOTO
Amerikalı milyarder, dünyanın ən varlı adamlarından biri İlon Mask iki çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqorun İrlandiyada mümkün prezidentliyinə münasibət bildirib.
Aut.az xəbər verir ki, Mask “Twitter”də döyüşçünün İrlandiya prezidenti kimi təsvir edən şəklini “Bu, epik olardı!”, – deyə şərh edib.
Makqreqor uzun müddətdir ki, prezidentlik ideyası ilə flört edir. Sosial şəbəkə hesablarında tez-tez gələcəkdə İrlandiyanın başçısı olmaq istəyinə işarə edir.

