“Real” Mbappeyə bu nömrəni verəcək
“Real” Kilian Mbappeyə hazırda Luka Modriçin geyindiyi 10 nömrəli formanı təqdim edəcək.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Santi Auna “X” sosial şəbəkəsində məlumat verib. Hazırda forvard Paris komandasında yeddi nömrə altında çıxış edir.
Xatırladaq ki, daha əvvəl İspaniya komandasının Mbappe ilə 2029-cu ilə qədər müqavilə imzaladığı bildirilirdi. Mbappenin “Real” müqaviləsi 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.
Aut.az
