İspaniya

“Barselona” “Real”ın “bazar”ına girdi

“Barselona” “Bavariya”nın sol cinah müdafiəçisi Alphonso Davies ilə maraqlanır.

Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

Mənbənin sözlərinə görə, klub növbəti transfer pəncərəsində kanadalıfutbolçu ilə müqavilə imzalamaq niyyətindədir və artıq danışıqlara başlayıb. Futbolçunun agenti 30 milyon avro imza bonus və illik 12 milyon avrodan çox maaş tələb edib.

Xatırladaq ki, Devis 2019-cu il yanvarın 1-də “Bavariya”ya keçib. Onun klubla hazırkı müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimidir.