Etiraz: Meydana təyyarə endirdilər, oyun dayandırıldı – FOTO
Almaniya Bundesliqasının 22-ci turunun “Frayburq” – “Ayntraxt” (3:3) matçı radio ilə idarə olunan təyyarələrə görə yarımçıq qalıb.
Aut.az xəbər verir ki, azarkeşlər stadionun üzərində dövrə vuran təyyarələri meydana endiriblər.
Fanatlar bunu Səudiyyə Ərəbistanından Almaniya Futbol Assosiasiyasına (DFL) özəl investorların gəlməsinə etiraz olaraq ediblər. Azarkeşlər DFL ilə investor müqaviləsi üzrə klublar tərəfindən şəffaf səsvermə tələb edirlər. Futbol rəsmiləri dialoqa hazır olduqlarını bildirsələr də, azarkeş etirazları davam etdirilər.
Bundan əvvəl futbol azarkeşləri etirazların bir hissəsi olaraq radio ilə idarə olunan avtomobilləri tüstü bombaları ilə meydana buraxmışdılar.

Aut.az
