“Qarabağ”ın rəqibinin liderindən “Real”la bağlı suala diplomatik cavab
“Bayer”in müdafiəçisi Alexandro Qrimaldo “Real”ın marağından danışıb.
Aut.az xəbər verir ki, “Qarabağ”ın rəqibinin lideri bununla bağlı suala diplomatik cavab verib.
“Real” dünyanın ən yaxşı klublarından biridir. Bütün oyunçular ora getməyi xəyal edərdilər. Amma hazırda Leverkuzendə çox xoşbəxtəm. Bura əladır!
Keçən yay “Barsa”nın məni azad agent kimi almamasının səbəbini mükəmməl başa düşürəm. Onların heyəti sol cinah müdafiəçiləri ilə yaxşı təchiz olunub”, – jurnalist Fabritsio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) Qrimaldonun sözlərini sitat gətirib.
Qrimaldo “Barselona”nın yetirməsidir. U-16-dan “Barselona” B-yə qədər irəliləyib. 28 yaşlı futbolçu 2023-cü ilin iyulunda azad agent kimi “Benfika”dan “Bayer”ə keçib. Qrimaldonun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” ispan futbolçunu 25 milyon avro qiymətləndirir.
Bu mövsüm Qrimaldo 17 oyun keçirib, 8 qol vurub və 6 məhsuldar ötürmə edib. 11 turdan sonra “Bayer” 31 xalla Bundesliqada birinci yerdədir.
Aut.az
