İtaliya

Yayda transferlərə bu qədər xərcləyəcəklər

 “Milan”ın sahibi Cerri Kardinale kluba rəhbərlik edərkən nail olmaq istədiyi hədəflərdən danışıb.

“Bu klubla çoxlu kuboklar qazanmaq istəyirəm. “Milan” həyatımın ən yaxşı sərmayəsidir. San Donatodakı yeni stadion Avropanın ən müasir stadionu olacaq. Bundan əlavə, biz yay transfer pəncərəsində 50-100 milyon avro sərmayə qoyacağıq”, – jurnalist Nicolo Skira “X” sosial şəbəkəsində Kardinaledən sitat gətirib.

Xatırladaq ki, İtaliya A Seriyasında 24 turdan sonra “rossonerilər” 52 xal toplayıb və hazırda lider “İnter”dən 11 xal geri qalaraq üçüncü yeri tutur.

Aut.az