Azərbaycanın 2 cüdoçusu finala yüksəldi
Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri davam edir.
Aut.az xəbər verir ki, bu gün Azərbaycanın daha 8 cüdoçusu mübarizəyə qoşulub.
Onlardan Murad Fətiyev (90 kq) və Camal Qamzatxanov (+100 kq) finala yüksəlməyi bacarıb.
90 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Talıbov isə bürünc medal uğrunda mübarizə aparacaq.
