İllik 52 milyon məvacibdən imtina edib
“Çelsi”nin cinah oyunçusu Rahim Sterlinqə illik 52 milyon avro maaş təklif olunsa da, Səudiyyə Ərəbistanı çempionatında çıxış edən klublardan birinə keçməkdən imtina edib.
Aut.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Mənbənin sözlərinə görə, bu təklif 29 yaşlı futbolçuya ötən mövsümün sonunda gəlib. Lakin o, karyerasını “Çelsi”də davam etdirməkdə maraqlı olduğu üçün bundan imtina edib.
Sterlinqin bu təklifi qəbul etsəydi, “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldodan sonra Səudiyyə Ərəbistanı çempionatında ən çox maaş alan ikinci futbolçu ola bilərdi.
Xatırladaq ki, bu mövsüm Sterlinq bütün turnirlərdə 30 matçda iştirak edib, 7 qol vurub, 8 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 45 milyon avrodur.
Aut.az
