“Real”ın futbolçusu UEFA-nın ədalətsizliyini belə düzəltdi – FOTO
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Real” “Leypsiq”i minimal hesabla məğlub edib.
Aut.az xəbər verir ki, Almaniyada keçirilən görüşdə yegnaə qolun müəllifi Brahim Diaz UEFA-nın texniki komissiyasının qərarı ilə matçın ən yaxşı oyunçusu seçilib (8,7 xal).
Ancaq onun komanda yoldaşı, qapıçı Andrey Lunin əla oyun keçirib. 9 seyv edən ukraynalı qolkiper 9,2 bal toplayıb.
Oyundan sonra Brahim paltardəyişmə otağında Luninə jest edib. O, matçın ən yaxşı oyunçusu mükafatını Andrey Luninə təhvil verərək simvolik bir jest edib.

