İspaniya

“Barselona”nı “Atletiko”ya dəyişə bilər

“Barselona”nın müdafiəçisi Markos Alonso yayda “Atletiko”ya keçə bilər.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Jerar Romero məlumat yayıb.

2022-ci ildə “Çelsi”dən “Barselona”ya keçən Alonso belindəki problemlər səbəbindən 2023-cü ilin noyabrından oynamır. 33 yaşlı ispaniyalının “Barselona” ilə müqaviləsi mövsümün sonuna kimi nəzərdə tutulub və müqavilədə əməkdaşlığın daha bir il uzadılması variantı yer alsa da, kataloniyalıların bundan yararlanmayacağı ehtimalı böyükdür.

“Barselona” onun əvəzinə “Atletiko”nun müdafiəçisi Mario Hermosonu transfer etmək variantını nəzərdən keçirir. Transfer baş tutsa, Madrid klubu Hermoso üçün əvəzləyici axtaracaq. Markos Alonso isə ilkin seçimlər arasında yer alıb.