Azərbaycan təmsilçisi Avropada ilin gimnastı seçildi
Azərbaycan tamblinqçisi Mixail Malkin Avropada ilin gimnastı adına qazanıb.
Aut.az xəbər verir ki, bu barədə Avropa Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb. Malkin 226 min 339 səslə qalib adını qazanıb.
Azərbaycan gimnastı ötən il Böyük Britaniyanın Birmingem şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionu olub.
