Usik bu döyüşə görə nə qədər qazanacaq? – Fantastik məbləğ açıqlandı
Aleksandr Usikin promouteri Aleksandr Krasyuk ukraynalı boksçunun Tayson Fyuri ilə döyüşə görə alacağı qonorardan danışıb.
“Bu, Usik üçün karyerasında ən böyük müqavilə olacaq. Belə də olmalıdır. Məğlubedilməz bir çempionla super ağır çəkidə mütləq dünya çempionu adı uğrunda mübarizədə belə olmalıdır.
Bu çox puldur. Bu məbləğ Kliçkonun Moskvada Povetkin üzərində qələbəsinə görə qazandığı 17 milyon dollardan çoxdur.
Hər kəs bu döyüşü izləmək istəyir, lakin biz istehlakçı ilə paylama kanalı arasında bu əlaqəni qurmalıyıq. Mövcud tələbatı nəzərə alsaq, bunu etmək çətin deyil. Biletlərə olan tələbat da fövqəladədir”, – Krasyuk bildirib.
Fevralın 2-də məlum oldu ki, Aleksandr Usik və Tyson Fyuri arasında bütün ağır çəki dərəcələri uğrunda döyüş britaniyalının zədəsi səbəbindən təxirə salınıb . Döyüşün yeni tarixi 18 may 2024-cü ildir.
Aut.az
