Ozan Can oynadı?
Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” Niderland çempionatında növbəti oyununa çıxıb.
Aut.az xəbər verir ki, sözügedən komanda XXV turda səfərdə “Breda” ilə qarşılaşıb. 4 qolun vurulduğu oyunda qalib müəyyənləşməyib – 2:2.
Ozan bu görüşə start heyətdə çıxıb və sona qədər oynayıb.
“Eyndhoven” çempionatda 25 turdan sonra 32 xalla 13-cü sıradadır.
