Dünya futbolu

2010-cu illərin ən yaxşı baş məşqçiləri

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola 2010-cu illərdə dünyanın ən yaxşı məşqçisi seçilib,

Aut.az xəbər verir ki, “FourFourTwo” nəşri kataloniyalı mütəxəssisi ötən 10 illikdəki uğurlarına görə bu birinci seçib.

Eyni zamanda, həmin dövrdə uğurlu olan digər məşqçilərin adı açıqlanıb. 32 nəfərlik reytinq cədvəlində  həm klublarda, həm də milli komandalarda mütəxəssislərin aıd yer alıb.

“FourFourTwo” jurnalına görə 2010-cu illərin 10 ən yaxşı məşqçisi:

1. Pep Qvardiola (“Barselona”, “​​Bayern”, “Mançester Siti”).
2. Visente del Boske (İspaniya millisi).
3. Aleks Ferqyuson (“Mançester Yunayted”).
4. Yurgen Klopp (“Borussiya Dortmund”, “Liverpul”).
5. Didye Deşam (“Marsel”, Fransa millisi).
6. Zinəddin Zidan (“Real”).
7. Joze Mourinyo (“İnter”, “Real”, “Çelsi”, “Mançester Yunayted”, “Tottenhem”).
8. Yoahim Löv (Almaniya millisi).
9. Karlo Ançelotti (“Çelsi”, PSJ, “Real”, “Bayern”, “Napoli”, “Everton”).
10. Dieqo Simeone (“Kataniya”, “Rasing Avelyaneda”, “Atletiko”).

Qeyd edək ki, 11-ci yeri Luis Enrike, 12-ci yeri Klaudio Ranyeri, 13-cü yeri Massimiliano Alleqri, 14-cü yeri Antonio Konte, 15-ci yeri Maurisio Poçettino, 16-cı yeri Roberto Mançini, 17-ci yeri Yupp Haynkes , 18-ci yeri isə Yupp Haynkes, 18-ci, U. 20 – Arsen Venger.

Tomas Tuxel portalı 23-cü, Erika ten Haqa 24-cü, Qaret Sautqeyt 29-cu yerə qoyub.