Samuel Eto’O istefa verdi, lakin…
Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto’O postunu tərk etmək qərarına gəlib, lakin federasiyanın icraiyyə komitəsi sabiq futbolçunun istefasını qəbul etməyib.
Aut.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb. Bildirilir ki, Kamerun millisinin bu günlərdə baş tutan Afrika Millətlər Kubokunda çıxışının müzakirə olunduğu toplantıda Eto’O qərarını açıqlasa da, fikir mübadiləsi zamanı icraiyyə komitəsi keçmiş hücumçuya tam etibar etdiklərini bildirib.
Xatırladaq ki, Eto’O 2021-ci ildən Kamerun Futbol Federasiyasının prezidenti vəzifəsini icra edir.
Aut.az
