“Çelsi”nin 100 milyonluq futbolçusunu ələ saldı: Başqa nəyi bacarır?
“Liverpul”un əfsanəvi keçmiş futbolçusu Stiv Nikol “Çesli”nin “Vulverhempton”a 2:4 hesabı ilə uduzduğu oyundan sonra Mixail Mudriki kəskin tənqid edib.
“Bəzi “Çelsi” oyunçularının yüksək futbol IQ-su yoxdur. Məsələn, Mixail Mudrik. Çox yer və sürəti olan açıq oyunda o, yəqin ki, yaxşı görünəcək.
Bəs onun futbol zəkası baxımından potensialı necədir? Ondabu varmı? Məncə, yox.
Və ümumiyyətlə desək, kimsə mənə izah edə bilərmi ki, Mudrik olimpiya sprinterindən başqa nəyi bacarır?”, – Stiv ukraynalı futbolçu haqda bildirib.
Aut.az
