Həyatının ən çətin qərarından danışdı
Yeddiqat “Formula 1” çempionu, “Mercedes” komandasının pilotu Lyuis Hemilton 2025-ci ildə baş tutacaq “Ferrari”yə keçidindən danışıb.
Aut.az xəbər verir ki britaniyalı sürücü bunu karyerasının ən çətin qərarı adlandırıb:
“13 yaşımdan bəri “Mercedes” həyatımın ayrılmaz hissəsi olub. Ona görə də bu, qəbul etmək məcburiyyətində qaldığım ən çətin qərar oldu. Mən birlikdə əldə etdiyimiz hər şeydən inanılmaz dərəcədə qürur duyuram. Bu illər ərzində işlədiyim hər kəsin zəhməti və fədakarlığına görə çox minnətdaram. Biz birlikdə titullar qazandıq, rekordlar qırdıq və “Formula 1” tarixində ən uğurlu sürücü-komanda əməkdaşlığına çevrildik”.
