Türkiyə

Vüsal İsgəndərli oynadı?

Türkiyə I Liqasında 21-ci turun oyunları keçirilir.

Aut.az xəbər verir ki, bu gün Vüsal İsgəndərlinin formasını geyindiyi “Boluspor” səfərdə “Ankara Keçiörengücü” ilə üz-üzə gəlib. Qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Vüsal İsgəndərli də bu görüşün iştirakçısı olub. 28 yaşlı yarımmüdafiəçi matça start heyətdə başlayıb və 57-ci dəqiqədə əvəzlənib.

Xallarını 32-yə yüksəldən “Boluspor” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.