Düz 5 il idi ki, bu hesab qeydə alınmırdı
Fevralın 2-də Bundesliqada 20-ci turun oyunu keçirilib və “Haydenhaym” Dortmund “Borussiya”sını qəbul edib. Görüş qolsuz bərabərliklə yekunlaşıb – 0:0.
“Borussiya” üçün bu, Bundesliqada 2019-cu ilin payızından bəri ilk qolsuz bərabərlikdir. 26 oktyabr 2019-cu ildə “Bamblebees” “Şalke”ni məğlub edə bilməmişdi (0:0).
Bu matçdan sonra “Haydenhaym” Bundesliqa turnir cədvəlində 9-cu pilləyə yüksəlib (24 xal), “Borussiya” 3-4-cü yerləri bölüşür (37 xal).
Aut.az
