Transferlərə qəpik-quruş xərclədilər: Ötən il 8 dəfə çox olmuşdu
Premyer Liqa klubları 2024-cü ilin yanvarında transferlərə cəmi 100 milyon funt-sterlinq xərcləyib.
Aut.az xəbər verir ki, Premyer Liqa klubları transfer pəncərəsi ərzində cəmi 17 transfer və 13 icarə müqaviləsi həyata keçirərək 100 milyon funt-sterlinq xərcləyib.
Maraqlıdır ki, ötən il Premyer Liqa klubları 815 milyon xərcləmişdilər.
2024-cü ilin yanvarında xərclənən 100 milyon, Covid-19dövrü (yanvar 2021 – 70 milyon) nəzərə alınmasa, 2012-ci ildən bəri ən aşağı nəticədir. Həmin vaxt klublar transferlərə cəmisi 60 milyon funt sərf etmişdilər.
Aut.az
