Əlində qılınc, başında tac: “Kral Artur” belə təqdim edildi – VİDEO
“Yuventus”, “Bavariya”, “Barselona” və “İnter”in keçmiş futbolçusu Arturo Vidal karyerasını başladığı klubu – “Kolo-Kolo”ya qayıdıb.
Aut.az xəbər verir ki, klub rəhbərliyi Vidalı böyük təntənə ilə təqdim edib. O, təqdimat mərasiminin keçirildiyi stadiona helikopterlə gəlib.
Vidalı gətirən helikopter mərkəz dairəyə enib və futbolçunu Santyaqoda demək olar ki, 45 min tamaşaçı qarşılayıb.
Bundan sonra Vidal kral timsalında atına minib – əlində qılınc, başında tac olan “Kral Artur” ləqəbli futbolçu meydançada tam dövrə vuraraq toplaşanları salamlayıb.
Aut.az
