Azərbaycanın iki cüdoçusu mübarizəni dayandırdı
Azərbaycan cüdo millisinin 2 üzvü Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turnirində uğursuz çıxış edib.
Aut.az xəbər verir ki, Nazir Talıbov və Əhməd Yusifov (hər ikisi 60 kq) medalsız qalıblar.
Nazir Talıbov 1/32 finalda Artyom Leşuka (Ukrayna), Əhməd Yusifov isə 1/8 finalda yerli idmançı Romeyn Pikaraya məğlub olub.
Üç gün davam edəcək yarışda Azərbaycanın daha 7 cüdoçusu tatamiyə çıxacaq.
Qarşıdakı günlərdə Rəşid Məmmədəliyev, İbrahim Əliyev (hər ikisi 73 kq), Zelim Tçkayev, Səid Mollayi (hər ikisi 81 kq), Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq) və Uşanqi Kokauri (+100 kq) qüvvələrini sınayacaqlar.
