“Bayer” PSJ-nin futbolçusu üçün hərəkətə keçdi
PSJ-nin yarımmüdafiəçisi Marko Asensio karyerasını “Bayer Leverkuzen”də davam etdirə bilər.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Patrik Berqer məlumat verib.
Mənbənin sözlərinə görə, alman klubu futbolçu ilə bağlı araşdırma aparıb. Paris klubunda yetərincə şans qazanmayan Asensionun özü də bu qış komandasını dəyişməyə hazırdır.
Artıq tərəflər arasınd ilkin danışıqların aparıldığı qeyd edilir. Razılaşmanın əldə edilməsinin çətin olacağı gözlənilir.
Qeyd edək ki, Asensio yayda “Real”dan ayrılaraq azad agent kimi keçdiyi PSJ-də 12 matçda 4 qol vurub və 3 məhsuldar ötürmə verib.
