Qvardiola UEFA prezidentinə irad bildirdi
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola UEFA prezidenti Aleksander Çeferinin klubun maliyyə feyr-pleyini pozması ilə bağlı sözlərinə münasibət bildirib .
Aut.az xəbər verir ki, Ceferin daha əvvəl bildirmişdi ki, “Siti” günahkardır və UEFA klubu 2020-ci ildə avrokubokdan uzaqlaşdırmaqla düzgün qərar verib. Təşkilatın bu qərarı İdman Arbitraj Məhkəməsi (CAS) tərəfindən apelyasiya şikayəti əsasında ləğv edilib.
“Bir hüquqşünas və UEFA prezidenti kimi o, qərarı gözləməli və yalnız bundan sonra istədiyini etməlidir. Hüquqşünas prosedura hörmət etməli və gözləməlidir. Onun UEFA-da çox işi var və bizim də özümüzü müdafiə etmək hüququmuz var”, – deyə “Goal” Qvardioladan sitat gətirib.
Aut.az
