Rusiyada futbol ölüb – Sabiq “Yunayted”lidən etiraf
Rusiya millisinin və “Mançester Yunayted”in sabiq futbolçusu Andrey Kançelskis Rusiyada futbolun inkişafından danışıb .
Aut.az xəbər verir ki, onun sözlərini “Championat.com” sitat gətirib.
Kançelskis deyib ki, Rusiyada futbol ölüb. “Səhv etmirəmsə, 2018-ci ildə dünya çempionatının keçirildiyi ildə ölkədə 11 futbol komandası bağlandı. Bu, nikbinliyə əsas verirmi? Biz hadisələrə real baxmalıyıq”, – deyə o qeyd edib.
Əvvəllər SSRİ-nin əməkdar məşqçisi Tatyana Tarasova futbolu Rusiyada bir nömrəli idman növü hesab etməkdən imtina edib. “Ölkəmizdə futbol əsas idman növüdürmü? Niyə yer üzündə yox? Ölkəmizdə belə deyil”, o deyib.
Fiqurlu konkisürmə üzrə üçqat olimpiya çempionu İrina Rodnina da oxşar fikri bildirib:
“Ölkədə futbolun populyarlığı şişirdilib. Hər böyük turnirdə oyunçularımızın sıradan biri olduqlarına əmin oluruq”.
Aut.az
