Digər

Əfsanəvi tullanışla qazandığı qızıl medal hərraca çıxarıldı – FOTO

Amerikalı Bob Bimonun 1968-ci il Olimpiadasında qazandığı qızıl medal hərraca çıxarılıb.

Aut.az xəbər verir ki, bu barədə “Christie’s” hərrac evinin saytında məlumat verilib. Medal 400-600 min dollar dəyərində qiymətləndirilir.

Məhz Mexikoda keçirilən həmin oyunlarda Beamon əfsanəvi 8 metr 90 santimetrlik tullanış etmişdi.

Bu nəticə əvvəlki dünya rekordundan 55 sm yüksək idi və yalnız 23 il sonra qırıldı, lakin hələ də Olimpiya rekordu olaraq qalır.

Əfsanəvi tullanışla qazandığı qızıl medal hərraca çıxarıldı – FOTO

Aut.az