UFC çempionu az qala qayadan yuvarlanacaqdı – VİDEO
UFC çempionu Merab Dvalişvili sosial şəbəkələrdə izləyicilərini qorxudub.
Aut.az xəbər verir ki, gürcüstanlı MMA döyüşçüsü pərəstişkarları üçün çəkiliş videosu zamanı uğursuzluqla üzləşib.
Dvalişvili Monakoda qayanın üstündə rəqs edərkən müvazinətini itirib və yıxılıb.
O, qayadan aşağı yuvarlanmaqdan güclə qurtulub. 2025-ci ilin əvvəlində Dvalişvili rusiyalı Umar Nurməhəmmədovu məğlub edərək çempionluq kəmərinin ilk uğurlu müdafiəsini həyata keçirib.
Dvalişvilinin yayda amerikalı Şon O’Malliyə qarşı revanş döyüşü keçirəcəyi ilə bağlı xəbərlər var.
Aut.az
