Ronaldo karyerasını nə vaxt bitirəcəyini açıqladı
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo karyerasını nə vaxt bitirəcəyi ilə bağlı sualı cavablandırıb.
“Özümü tükənmiş kimi hiss etdiyim vaxt, gedəcəyəm… Bəlkə 10 ildən sonra?!” – Jurnalist Fabritsio Romano “X” sosial şəbəkəsində (keçmiş Twitter) Ronaldodan sitat gətirib.
Səudiyyə Ərəbistanı Pro Liqasının cari mövsümündə Kriştiano Ronaldo 18 oyun keçirib, 20 qol vurub və 9 məhsuldar ötürmə edib. Onun həmçinin Ərəb Çempionlar Kubokunda üç oyunu və dörd qolu var. Bundan əlavə, o, AFC Çempionlar Liqasının dörd oyununda üç qol vurub.
Xatırladaq ki, Kriştiano Ronaldo 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilə qədərdir.
Aut.az
