Görün Mourinyonun agenti onu hansı kluba təklif etdi
“Roma”dan qovulan Joze Mourinyonun maraqlarını təmsil edən agent Xorxe Mendes portuqaliyalı mütəxəssisin xidmətini “Napoli”yə təklif edib.
Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Mənbənin məlumatına görə, Mendes şəxsən “Napoli”nin prezidenti Aurelio De Laurentisə zəng edərək Mourinyonun baş məşqçi təyin olunması imkanını müzakirə edib. De Laurentis bu təklifi nəzərdən keçirəcəyinə əmin edib.
Eyni zamanda, Laurentisin Mourinyonun agentinin istədiyi maaşın çoxluğundan təəccübləndiyi də vurğulanır.
Xatırladaq ki, hazırda “Napoli”yə müqaviləsi bu mövsümün sonuna qədər olan Valter Matsarri rəhbərlik edir. A Seriyasında 20 matçdan sonra neapolluların 31 xalı var və səkkizinci yerdə qərarlaşıblar.
Aut.az
