Digər

Dünya çempionu 29 yaşında öldü

Şüvüllə hündürlüyə tullanmada dünya çempionu olan kanadalı atlet Şon Barber 29 yaşında vəfat edib.

Aut.az xəbər verir ki, bu barədə onun meneceri sosial şəbəkədə məlumat paylaşıb.

“Bu qədər gənc yaşda belə yaxşı bir insanı itirmək faciəvidir”, – mencer yazıb.

Akron Universitetinin Atletika fakültəsindən verilən açıqlamada idmançının bir müddət xəstə olduğu və səhhətinin pisləşməsi nəticəsində dünyasını dəyişdiyi bildirilib.

ABŞ vətəndaşı olan Şon Barber Torontoda anadan olub.

Aut.az