Digər

Əliyev Rusiya bayrağını təhqir etdi – VİDEO

Kiyev “Dinamo”sunun və Ukrayna millisinin sabiq futbolçusu Aleksandr Əliyev Rusiyanın bayrağı ilə nə etməli olduqlarını azarkeşlərə göstərib.

Aut.az xəbər verir ki, Əliyev sosial şəbəkələrdə Rusiya bayrağına ayaqlarını sildiyi video yayıb.

“Mən hamama belə girirəm, ayağımı lənətə gəlmiş bayrağın üzərinə silirəm. Ruslara ölüm, yaşasın Ukrayna!”, – deyə Əliyev bildirib.

Bundan əvvəl Aleksandr Əliyev sosial şəbəkələrdə onun döyüşdə iştirak etdiyini göstərən sənədin fotosunu yaymışdı.

Aut.az