Digər

Əhməd Əhmədov axtarışa verildi

Rusiya Daxili İşlər Nazirliyi vətənə xəyanətdə təqsirləndirilən Dağıstan kikboksinq komandasının keçmiş baş məşqçisi Əhməd Əhmədovu axtarışa verib.

Aut.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin axtarış məlumat bazasından məlumat verilib .

Mash Telegram kanalının məlumatına görə, Əhmədov hazırda Ukraynada yaşayır, ailəsi isə Rusiyada qalmağa davam edir.

Müstəntiqlər kikboksinq üzrə keçmiş məşqçiyə qarşı Ukrayna tərəfində xüsusi hərbi əməliyyatda iştiraka görə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi (“Dövlətə xəyanət”) ilə cinayət işi açıb. Məşqçi “Hort” batalyonunun tərkibində Baxmutun müdafiəsində iştirak edib.

Aut.az