Rusiya etiraf etdi: Bunu bacarmarıq
Dövlət Duması Rusiyanın alternativ Olimpiya Oyunlarına ev sahibliyi etmək iqtidarında olmadığını etiraf edib.
Aut.az xəbər verir ki, müvafiq açıqlama ilə Olimpiya çempionu, hazırda Dövlət Dumasının deputatı olan Svetlana Jurova çıxış edib.
“Məndən tez-tez soruşurlar ki, əgər bizə qarşı belə rəftar edirlərsə, Olimpiadaya getmək cəhdindən əl çəkməliyikmi? Axı bu, ölkəmizin tarixində əvvəllər də olub. Amma bu halları müqayisə etmək olmaz, hər şey tamam başqa cür qurulub. Xüsusilə, SSRİ-nin inkişafının ilkin mərhələsində gənc dövlətlə bağlı kifayət qədər narahatlıq var idi. İndi isə bütün sərhədlər açıqdır, həyat başqadır.
Təəssüf ki, biz dünyanın bütün ən yaxşı idmançılarını bir araya toplamaq üçün Olimpiada ilə eyni səviyyəli yarış keçirə bilmərik. Bəziləri gələcək, amma açıq-aydın çox ölkə olmayacaq. Və bu, necə görünəcək? O zaman nə üçün bunu etməliyik? Özümüz üçün birdəfəlik tədbir?
İdmançıları dəstəkləmək düzgün fikirdir. Amma hər bir idmançı ən yaxşılarla yarışmaq istəyir, bu istəyi dayandırmaq olmaz. Biz onlardan qorxmuruq, amma onlar bizdən qorxurlar. Ona görə də onlar bu qorxunu siyasi səbəblər kimi ört-basdır etdilər”, – “Vseprosport.ru” Jurovanın sözlərini sitat gətirib.
Aut.az
