Basketbol

Bu hərəkətinə görə azarkeşi arenadan qovdurdu – VİDEO

“Los Anceles Leykers”in forvardı LeBron Ceyms Milli Basketbol Assosiasiyası çərçivəsində “Oklahoma Siti” ilə matçda diqqət mərkəzinə düşüb.

Aut.az xəbər verir ki, azarkeşlərdən biri ehtiyat oyunçular skamyasında oturan ulduza yaxınlaşaraq onu qucaqlayıb. Bu, basketbolçunun xoşuna gəlməyib. O, həmin şəxsi kobud şəkildə itələyib. Mühafizə xidmətinin əməkdaşları isə dərhal müdaxilə edərək azarkeşi arenadan çıxarıb.

Qeyd edək ki, görüş Los Ancelest təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 112:105.