Basketbol

Klub prezidenti məşqçiliyə başlayır

“San Antonio Spurs”da çıxış edən 4 qat NBA çempionu Toni Parker gələn il baş məşqçi kimi debüt edəcək.

Aut.az xəbər verir ki, bu barədə NBA saytı məlumat yayıb .

Mənbənin məlumatına görə, 43 yaşlı fransalı Türkiyədə keçiriləcək dünya çempionatı üçün Fransanın 17 yaşadək futbolçulardan ibarət yığmasını çalışdıracaq. Bu, onun ilk məşqçilik təcrübəsi olacaq.

“Artıq iki ildir ki, məşqçilik karyerası haqqında düşünürəm, öz-özümə deyirəm ki, bu, mənim növbəti addımımdır. Kort, adrenalin, çətinliklər üçün darıxıram. Buna görə də məşqçilik lisenziyası almağa qərar verdim”, – Parker təyinatını şərh edib.

Tony Parker 2003, 2005, 2007 və 2013-cü illərdə NBA çempionu olub. O, Fransa millisində 181 oyun keçirib və 2013-cü ildə Avropa çempionu olub.

Onu da qeyd edək ki, Toni Parker uzun müddətdir Avroliqada çıxış edən Fransanın ASVEL klubunun sahibi və prezidentidir.

Aut.az