Basketbol

“Dördlər finalı” bu şəhərdə keçiriləcək

Afina 2026-cı ildə Avroliqanın “Dördlər finalı”na ev sahibliyi edəcək.

Aut.az xəbər verir ki, turnirin mətbuat xidmətindən verilən məlumata görə, oyunlar 18 min tamaşaçı tutumuna malik “Telecom Center” arenasında keçiriləcək.

Mayın 22-də Avroliqanın pley-off mərhələsinin yarımfinal, mayın 24-də isə final mərhələsi keçiriləcək.

Avroliqanın Dördlər finalı ikinci dəfə Afinada keçiriləcək.

2024/25 mövsümündə kişilər arasında Avroliqanın çempionu  “Fənərbaxça” olub.

Aut.az