“Çelsi”nin 90 milyonluq təklifini rədd etdilər
“Çelsi” isveçli hücumçu Viktor Qyekeresin satışı ilə bağlı Portuqaliya “Sportinq”inə müraciət etsə də, rədd cavabı alıb.
Aut.az xəbər verir ki, Portuqaliyanın “Record” nəşrinin məlumatına görə, “mavilər” 85 milyon avro, üstəgəl 5 milyon bonus təklif etsə də, lissabonlular bombardirini yalnız müqavilədə göstərilən 100 milyon avroya satacaqlarında israr ediblər.
İsveçli forvardın qiyməti yarım mövsümdə 4 dəfə artıb – 2023-cü ilin yayında o, İngiltərənin “Koventri” klubundan 24 milyon avroya “Sportinq”ə keçərək “yaşıl-ağlar”ın tarixində ən bahalı transfer olub.
Bu mövsüm hücumçu “Sportinq”in heyətində bütün yarışlarda 24 oyuna çıxıb, 20 qol vurub və 10 məhsuldar ötürmə verib.
Aut.az
