Salahın nəticəsini təkrarladı
“Nottingem Forest”in hücumçusu Tayvo Avoniyi Premyer Liqanın 3-cü turunda “Mançester Yunayted”lə qarşılaşmada qol vurub.
Aut.az xəbər verir ki, hücumçu Premyer Liqada ardıcıl 7 matçda qol vurub. Bu, “Nottingem Forest” tarixində rekorddur.
Avoniyi Premyer Liqa tarixində Emmanuel Adebayor və Məhəmməd Salahdan sonra ardıcıl yeddi oyunda qol vuran üçüncü afrikalı olub.
Aut.az
