Etiraz: Ərəbcə yazısı olan formanı geyinmədi – FOTO
Yanvarın 14-də Səudiyyə Ərəbistanında keçirilən İspaniya Superkuboku uğrunda görüşdə “Real” “Barselona”nı 4:1 hesabı ilə məğlub edib.
Aut.az xəbər verir ki, oyundan sonra bütün Madrid futbolçuları üzərində ərəbcə yazı olan qələbə köynəkləri geyiniblər. “El Desmarque” xəbər verir ki, bunu yalnız Toni Kroos etməyib.
Çox güman ki, alman yarımmüdafiəçinin belə bir qərarı turnirin yarımfinal və final matçları zamanı tribunadan ona yönələn fitə cavab olub.
Xatırladaq ki, 2023-cü ilin oktyabrında Kroos avropalı futbolçuların Səudiyyə Ərəbistanına transferi ilə bağlı tənqidi fikirlər səsləndirmişdi. Xüsusilə futbolçu yüksək futbol məqsədlərindən imtina edərək bu ölkəyə insanların yalnız pul üçün gəldiyini və bunun futbolun əleyhinə işlədiyini bildirmişdi.
lman həmçinin Səudiyyə Ərəbistanında insan haqlarının vəziyyətinin onu belə bir keçiddən çəkindirəcəyini bildirmişdi.

Aut.az
